Şəhid kiçik cavuş Nicat Nəbiyevin bu gün doğum günüdür. O, 16 dekabr 2000-ci ildə Sumqayıtda anadan olub.
Vətən müharibəsi zamanı Nicat bir neçə bölgədə gedən döyüşlərdə savaşıb. 1 oktyabr 2020-ci ildə düşmənin açdığı artilleriya atəşindən 20 nömrəli döyüş mövqeyində şəhidlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyevin sərəncamları ilə Nicat Nəbiyev “Vətən müharibəsi iştirakçısı”, “Ağdamın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.