top
Vətən müharibəsinin 11-ci günü: Düşmən xeyli sayda itki verdi
05 oktyabr 2025, 13:01
- +

Vətən müharibəsinin 11-ci günü: Düşmən xeyli sayda itki verdi

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi dövründə Azərbaycan Ordusunun igid döyüşçüləri 44 gün dayanmadan irəlilədilər və 30 il işğal altında qalan torpaqlarımızı azad edərək qəhrəmanlıq dastanı yazdılar.

Sumqayit24.az xəbər verir ki, müharibənin 11-ci günündə, 2020-ci ilin oktyabrın 7-də Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində düşmən xeyli itki verib. Düşmənin 10-dək tankı, 6 ədəd D-20 topu, 1 ədəd “Akasiya” özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib. Ermənistan ordusunun müdafiə xətlərində yerləşən bölmələrinin bir qrup əsgəri döyüş mövqelərini özbaşına tərk edərək fərarilik ediblər.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib.

Müdafiə Nazirliyi Ermənistan ordusunun məhv edilmiş döyüş texnikasının siyahısını açıqlayıb: sentyabrın 27-dən oktyabrın 7-dək düşmənin 250-dək tank və digər zirehli texnikası, 270-dək artilleriya, yaylım atəşli raket sistemləri və minaatanları, 60-dək hava hücumundan müdafiə vasitəsi, 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 8 silah-sursat anbarı, 150-dək avtomobil texnikası və 1 ədəd “S-300” zenit-raket kompleksi məhv edilib.

Prezident İlham Əliyev CNN-Türk telekanalına və “Euronews” televiziyasına müsahibə verib.
Müdafiə Nazirliyi Ermənistan hərbçilərinin döyüş meydanında qoyub qaçdıqları texnikanın, həmçinin düşmən ordusuna məxsus bir neçə döyüş texnikasının məhv edilməsinin videogörüntülərini paylaşıb.

Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində həlak olmuş mülki şəxslərin sayı 30-a, xəsarət alanların sayı isə 143-ə çatıb; 427 evə və 66 mülki obyektə ciddi ziyan dəyib.
Baş Prokurorluq Ermənistanın qadağan olunan bombadan istifadə edərək Bakı-Tbilisi-Ceyhan boru kəmərini hədəfə alması ilə bağlı məlumat yayıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:57

33 ildir şəhid Qəhrəman olaraq tanınan sumqayıtlı itkin-şəhid

İdman
Bu gün, 17:32

Sumqayıtlı taekvondoçunun ölümü millini sarsıtdı…

Bütün xəbərlər
Bu gün, 17:07

Sumqayıtlı şəhid mayorun ANIM GÜNÜDÜR

Bütün xəbərlər
Bu gün, 16:07

İcra Hakimiyyətinin 455 minlik manatlıq tenderi baş tutmadı

Bütün xəbərlər
Bu gün, 15:11

Məşhur mağaza Sumqayıtı tərk etdi

Bütün xəbərlər
Bu gün, 14:44

Sumqayıtda dünya çempionunu qətlə yetirən şəxsə ağır cəza verildi

Cəmiyyət
Bu gün, 14:18

Xatirələrimizə öz surətini çəkən rəssam şəhidin anım günüdür

Bütün xəbərlər
Bu gün, 13:50

Sumqayıtda avtomobil idarəetməni itirdi - 4 avtomobil zərər gördü

Bütün xəbərlər
Bu gün, 12:53

Məktəb direktorlarının elektron sənəd qəbuluna start verilib

Bütün xəbərlər
Bu gün, 12:31

Sabah Sumqayıtda hava yağmursuz olacaq

Bütün xəbərlər
Bu gün, 11:51

FHN Sumqayıt attraksionunda təlim keçirib

Bütün xəbərlər
Bu gün, 11:11

Coratda qazın verilişində NÖVBƏTİ FASİLƏ

İdman
Bu gün, 10:44

Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək

Bütün xəbərlər
Bu gün, 10:20

Sumqayıtda idman zalında vəfat edən gəncin FOTOSU

Bütün xəbərlər
Bu gün, 09:47

Sumqayıtda sürücü idarəetməni itirdi – Avtomobil divara çırpıldı

Bütün xəbərlər
Bu gün, 09:32

Polis yağışlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 34-cü günü - Düşmən itkilər verir, kəndlərimiz azad olunur

Kriminal
Dünən, 18:02

Sumqayıtda oğurluqlar baş verib - QADIN SAXLANILIB

Bütün xəbərlər
Dünən, 17:44

Sumqayıt Məhkəməsinə yeni TƏYİNAT

İdman
Dünən, 17:19

"Sumqayıt" növbəti mərhələyə yüksəldi

Bütün xəbərlər
Dünən, 16:53

Sumqayıtda abadlıq işləri aparılıb

Bütün xəbərlər
Dünən, 16:26

Sumqayıtda kişinin boğazını kəsən şəxsə HÖKM OXUNDU

İdman
Dünən, 15:28

Emil Mustafayev "Sumqayıt"a niyə gələ bilmədi?

Cəmiyyət
Dünən, 15:03

Sumqayıt parkında ağacları kəsmək üçün dibinə sement tökülür - İDDİA

Oxşar xəbərlər