top
Vətən müharibəsinin 12-ci günü – XRONİKA
07 oktyabr 2025, 13:01
- ↺ +

Vətən müharibəsinin 12-ci günü – XRONİKA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuz illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Sumqayit24.az xatırladır ki, döyüşlərin 12-ci günü (08.10.24) səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Gəncə, Goranboy, Tərtər və Ağdam rayonlarının kəndlərini ağır artilleriyadan atəşə tutması nəticəsində 1 mülki şəxs həlak olub, 1 mənzil dağılıb.

Saat 8:00-da Ermənistan silahlı qüvvələri Bərdə və Ağcabədi rayonlarının kəndlərini də atəşə tutub.

Düşmən ordusunun Goranboy rayonunu müxtəlif istiqamətlərdən atəşə tutması nəticəsində rayonun Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı Rayon Polis Şöbəsinin inzibati binasına, o cümlədən qəsəbə ərazisində çoxsaylı mülki infrastruktur obyektlərinə və yaşayış evlərinə, Qaraçinar kənd tam orta məktəbinə külli miqdarda ziyan dəydi. Elə həmin saatlarda düşmən Ağdamı yenidən raket atəşinə tutub. Nəticədə rayonun Böyükbəyli kəndinə düşən mərmi səbəbindən 2 mülki şəxs xəsarət alıb.

Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Oğuz rayonunun Xaçmaz kəndi sahəsində uçuş keçirməyə cəhd göstərərkən məhv edilib.

Saat 11:30-da isə Ermənistan silahlı qüvvələri Bərdə şəhərini yenidən atəşə tutdu. Bərdə şəhərinin mərkəzində yerləşən “Qədim Bərdə” restoranına raketin düşməsi nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirildi. Eyni zamanda, Bərdə şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına düşən raketlər 5 mülki şəxsin yaralanmasına səbəb oldu, o cümlədən məktəbin binasına və çoxsaylı nəqliyyat vasitələrinə ziyan dəyib.

Ermənistan silahlı qüvvələri həmçinin “Toçka-U” taktiki raket kompleksindən Gəncə, Bərdə, Tərtər və digər şəhərlərə Smerç reaktiv yaylım atəş sistemi vasitəsilə raket zərbələri endirib.

Gündüz saatlarında yerdəyişməyə cəhd göstərən düşmənin döyüş texnikası və hərbi kolu da artilleriya atəşi ilə məhv edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 20:51

Ceyranbatanda şagirdlərin qida zəhərlənməsi faktı təsdiqlənməyib

Bütün xəbərlər
Dünən, 19:00

Xəstəxana bağlı qalıb, təmir isə görünmür: Sumqayıtdan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtda ağac kəsilib yerində obyekt quraşdırılıb? - İDDİA

İdman
Dünən, 16:42

Sumqayıtlı MMA döyüşçüsü çəki limitini keçdi - qarşılaşması ləğv edilmədi

Bütün xəbərlər
Dünən, 16:10

Qatarlarda unudulan əşyaların sayı açıqlandı – Bakı-Sumqayıt ilk sırada

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıtda piyadanı vuraraq öldürən şəxs yenidən məhkəmə qarşısında

Bütün xəbərlər
Dünən, 14:43

19 yaşında Vətənə canının fəda edən Teymurun doğum günüdür

İdman
Dünən, 13:51

"Sumqayıt" - "Şəfa" oyunu ilə bağlı azarkeşlərə MÜJDƏ

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıta gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 12:17

Sumqayıtda 5 nömrəli avtobus sakinləri cana yığıb - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:30

Coratda bu küçə asfaltlanır

Bütün xəbərlər
Dünən, 10:18

Sumqayıtda qəza - maşınlar toqquşdu

Bütün xəbərlər
Dünən, 09:22

Sarayda kişi borc aldığı arvadını bıçaqladı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 33-cü günü - XRONİKA

İdman
28 oktyabr 2026, 18:30

Sumqayıtda gənc cüdoçular arasında yarış keçiriləcək

Bütün xəbərlər
28 oktyabr 2026, 18:00

Sarayda küçənin bir hissəsini inşaat qalıqları zəbt edib - ŞİKAYƏT

Bütün xəbərlər
28 oktyabr 2026, 17:30

Sumqayıtda sabah çiskin gözlənilir

Bütün xəbərlər
28 oktyabr 2026, 16:41

Riad Rəfiyev: "Zaman keçdikcə daha güclü "Sumqayıt" görəcəyik"

Bütün xəbərlər
28 oktyabr 2026, 15:56

Sumqayıtda kişi arvadını yeməyə görə döydü

Bütün xəbərlər
28 oktyabr 2026, 15:00

Bakı və Sumqayıt tələbələri üçün beynəlxalq İT proqramına qeydiyyat başlayır

Bütün xəbərlər
28 oktyabr 2026, 14:20

Sumqayıtda sakinlərdən zibilin daşınması ilə bağlı TƏLƏB

Bütün xəbərlər
28 oktyabr 2026, 14:00

Sumqayıt məktəblisi beynəlxalq olimpiadada BİRİNCİ OLDU

Bütün xəbərlər
28 oktyabr 2026, 13:30

Sumqayıtda naqil və velosiped oğruları saxlanıldı

Oxşar xəbərlər