Vətən müharibəsi iştirakçısı Sumqayıt şəhər Poeziya Evində vəzifəyə təyin edilib. Sumqayıt24 bu barədə 26 dekabr tarixində Qənirə Paşayevanın Facebook səhifəsinə istinadən xəbər verir.
Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin məzunu olan gənc şair Elvin İntiqamoğlu (Məmmədli) kütləvi tədbirlər üzrə təşkilatçı vəzifəsinə təyin edilib. O, işlə bağlı vətəndaş qəbulu günündə müraciət etmişdi.
Qeyd edək ki, Elvin İntiqamoğlu "Füzulinin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib. O, həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvü, "14-cü qızılgül" adlı şeirlər kitabının müəllifidir.