Şəhid mayor Anar Şükürovun doğum günüdür.
"Həmlə" taborunun komandiri 20 yanvar 1977-ci ildə Sumqayıtda anadan olub. O, uzun illər Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində qrup və tabor komandiri vəzifələrində çalışıb. Sonra Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun sıralarında xidmət edib və müharibədən bir neçə il öncə ehtiyata buraxılıb.
Vətən müharibəsi başlayan gündən Anar Şükürov döyüşlərə yollanmaq üçün dəfələrlə müraciət edib. Lakin hərbi komissarlıq ona hələ gözləməli olduğu bildirilib. Bundan sonra o, 1-ci Ordu Korpusunun rəhbərliyinə müraciət edib və komandanlığın yardımı ilə "Həmlə" taborunun komandiri kimi döyüşlərə qatılıb. Mayor Anar Şükürov Suqovuşan istiqamətində gedən döyüşlərdə şücaət göstərib. Strateji əhəmiyyətli yüksəklik uğrunda savaşaraq qəhrəmancasına şəhid olub.
Anar Şükürov qəhrəmanlığa görə ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Vətən Müharibəsi Qəhrəmanı" medallarına layiq görülüb.