Sumqayıtda daha 1 nəfər köməksiz vəziyyətdə qalıb. Bu barədə 1 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə vətəndaşın mənzildə bağlı qapı arxasında qalması haqda məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan xilasetmə qüvvələri ona müvafiq köməklik göstərib.