Sumqayıtda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu barədə 15 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər veririk.
Çağırış ünvanına FHN-in xilasetmə qüvvələri cəlb olunub. Əməkdaşlar mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.