Sumqayıtda 4 nəfər bağlı qapı arxasında köməksiz qalıb. Sumqayıt24 bu haqda 22 iyun tarixində xəbər verir.
Hadisə dünən axşam baş verib. Ünvana Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub. Nəticədə vətəndaşlara müvafiq köməklik göstərilib.
Qeyd edək ki, 4 nəfərdən ikisi azyaşlı olub.