Sumqayıtda “Bir ağac - min nəfəs” devizi altında ağac tinglərinin paylanılması aksiyası keçirilib. Sumqayıt24 bu barədə 7 noyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.
“Tullantıları tinglərə dəyiş” aksiyası çərçivəsində plastik, şüşə, kağız, işlənmiş batareyaları təhvil verən vətəndaşlara ağac tingləri paylanılıb. Aksiya zamanı ümumi tutumu 392 litr plastik, 36 ədəd işlənmiş batareya, 8 kq kağız tullantı təhvil verilib.
Daha öncə aksiyanın təşkil olunacağı haqda məlumat vermişdik.