Sumqayıt Apellyasiya Məhkəməsinin sədri vətəndaşların qəbulunu keçirəcək. Bu haqda bu gün, 18 aprel tarixində məhkəmənin Facebook hesabına istinadən xəbər veririk.
Məlumata əsasən, 21 aprel saat 10:00-da Tofiq Paşayev məhkəmə fəaliyyəti ilə bağlı Abşeron rayonunda vətəndaşlarla görüş keçirəcək.
Vətəndaşlar qəbula yazılmaq üçün Sumqayıt Apellyasiya Məhkəməsinə ((018) 655-03-03, elektron poçt: [email protected]) və Abşeron Rayon Məhkəməsinə ( (012) 342-07-07, elektron poçt: [email protected]) müraciət edə bilərlər.
Görüş Abşeron Rayon Məhkəməsinin inzibati binasında (ünvan: Abşeron rayonu, Xırdalan şəhəri, Kalyubeya küçəsi 5) baş tutacaq.