Sumqayıtda gənc qız dəm qazından boğulub. Bu haqda APA-ya istinadən bu gün, 10 mart tarixində xəbər veririk.
Hadisə "Xəzər bağları" yaşayış massivində qeydə alınıb. Məlumata görə, 18 yaşlı Səbinə Şamilova hamamda boğularaq ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Hazırda araşdırma aparılır.