Xəzər dənizində qanunsuz balıq ovlayan Sumqayıt şəhər sakini saxlanılıb. Bu haqda bu gün, 21 yanvar tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Keçirilən nəzarət tədbirləri zamanı dənizin Sumqayıt akvatoriyasında brakonyerlik edən Sabir Əliyev yaxalanıb. Əliyevə məxsus qadağan olunmuş ov alətləri müsadirə edilib.
Faktla bağlı təqsirkar şəxs barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.