Xəzər dənizinin Sumqayıt şəhəri Corat və H.Z.Tağıyev yaşayış məntəqələri, eləcə də Novxanı qəsəbəsinə düşən hissələrində nəzarət tədbirləri keçirilib. Sumqayıt24 bu haqda bu gün, 14 mart tarixində Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir.
Tədbirlər zamanı bir neçə asma mühərrikli qayıq saxlanılılıb. Sözügedən nəqliyyat vasitələrinin texniki və qeydiyyat sənədləri, xilasetmə və təchizat vasitələri nəzərdən keçirilib. Bundan əlavə, kiçikhəcmli gəmi sürücülərinin sürücülük vəsiqələri yoxlanılıb.
Qaydaları pozan gəmi istifadəçiləri inzibati məsuliyyətə cəlb olunub, barələrində isə protokol tərtib edilib.