Sağlam Düşüncə Gənclər Təşkilatı “Xəzərin sahilində” ekoloji komiksinin təqdimat mərasimi keçirəcək. Bu haqda SDGT məlumat yayıb.
Məlumata əsasən, ''EKOmiks''-in təqdimatı 1 aprel saat 15:00-da Sumqayıt Gənclər Evində baş tutacaq. Mərasimi keçirməkdə əsas məqsəd məktəblilər arasında ekoloji savadlılığı artırmaq və ekoloji problemlər barədə ümumi görünüş yaratmaqdır.
Gənclər evində keçiriləcək açılış tədbirində iştirak ödənişsizdir.