Sumqayıt Dövlət Dram Teatrında “Xəzinə” tamaşasının premyerası keçirilib. Sumqayıt24 bu haqda bu gün, 11 aprel tarixində teatrın Facebook hesabına istinadən xəbər verir.
Teatrın səhnəsində Xosrov, Şirin, Şiruyyə, Məcnun, Leyli, Xeyr, Şər, Nüşabə, İsgəndər, Harun ər-Rəşid və Dəllək kimi obrazlar canlandırılıb. Əsərin quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı isə Telman Qəniyevdir. Rəqslərin quruluşu Vüsal Mehrəliyevə məxsusdur.
Tamaşa seyirçilər tərəfindən böyük maraqla qarşılanıb.