Xalq artisti Ramiz Novruz dünyasını dəyişib. Bu barədə 21 fevral tarixində Sumqayıt24 xəbər verir.
Ramiz Novruz 25 may 1955-ci ildə Biləsuvar rayonunda anadan olub. M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Adil İsgəndərovun kursunda təhsil alıb. Sonra təyinatla Sumqayıta göndərilib. Sumqayıt Dövlət Dram Teatrında “Knyaz Zvezdiç” ("Maskarad", M. Lermontov), “Məsxərəçi” ("Muradın kələkləri", T. Kazımov), “General Şıxlinski” ("Bütün Şərq bilsin", Nəriman Həsənzadə) rollarını ifa edib.
Xalq artisti, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Ramiz Novruz uzunsürən xərçəng xəstəliyindən sonra bu gün əbədiyyətə qovuşub.
Allah rəhmət eləsin!