Sumqayıt Dövlət Rəsm Qalereyası “Teatra rəng verən rəssam” adlı mühazirə təşkil edib. Bu barədə Sumqayıt24 xəbər verir.
Xalq rəssamı, Əməkdar incəsənət xadimi Bədurə Əfqanlının 110 illik yubileyinə həsr olunmuş tədbir 17 saylı məktəbdə baş tutub. Qalereyanın əməkdaşı Günel Hüseynova və sənətşünas Anar İbrahimov çıxış edərək, Bədurə Əfqanlının həyatı və əsərləri haqqında ətraflı məlumat veriblər.