Xalq Teatrlarının İkinci Zona Müşavirəsi keçirilib. Sumqayıt24 bu haqda 25 iyul tarixində sosial şəbəkələrə istinadən xəbər verir.
Şabranda baş tutan görüşdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin nəzdində yaradılan xalq teatrları da iştirak ediblər. Sözügedən tədbirdə mövcud normativ sənədlərin müasir dövrə uyğunlaşdırılması üçün təkliflər dinlənilib və həllini gözləyən bir sıra məsələlər müzakirə olunub.