top
“Xarı bülbül”dəki toy məclisində DAVA
07 iyun 2025, 02:12
- ↺ +

“Xarı bülbül”dəki toy məclisində DAVA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda restoranda dava olub.

Teleqraf-ın məlumatına görə, hadisə şəhərin 17-ci mikrorayonunda yerləşən “Xarı bülbül” restoranında keçirilən toy məclisində baş verib.

Məclisdə Vasif adlı şəxs özünün 21 yaşlı Murad Məstalıyev və Sənan Şahməmmədov tərəfindən döyülməsi barədə Daxili İşlər Nazirliyinin (DİN) 102 xidmətinə məlumat verib.

Müraciət üzrə təhqiqatçılar araşdırma aparıb. Araşdırma zamanı hər iki şəxsin izahatı alınıb, iş üzrə məhkəmə-tibbi ekspertiza təyin edilib. Zərərçəkmiş şəxsin bədəni üzərində dərəcəsi təyin edilməyən xəsarətlər aşkarlanıb. Təqsirkar şəxslərə İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham verilib.

İş üzrə izahat verən Murad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, anası və atası ilə “Xarı bülbül” restoranında keçirilən toy məclisində iştirak edib: “Dayım oğlu Sənan və arvadı da toydaydı. Onların masasının qonşuluğunda sonradan adını bildiyim Vasif və nişanlısı da əyləşmişdi. Həmin şəxslər araq içib, özlərini normal aparmırdılar. İçkili halda nalayiq ifadələr işlədir, qeyri-etik hərəkətlərə yol verirdilər.

Vasifə yaxınlaşaraq toyda bizim ailə üzvlərimizin də olduğunu dedim, özünü normal aparmasını xahiş etdim. Amma o, dediklərimizə məhəl qoymadı. Buna görə Sənanla birlikdə Vasifi foyeyə dəvət etdik. Vasif pilləkənə çatanda onu itələdim, əlbəyaxa olduq. Yumruqla üzünə bir zərbə endirdim. Toyda olanlar bizi ayırdılar”.

Murad ifadəsində əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışığa cəhd etsə də, barışığın alınmadığını bildirib.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Vasifin sözlərinə görə, nişanlısı ilə “Xarı bülbül” restoranında Taleh Salmanovun toy məclisində iştirak ediblər: “Toyda içki içdim. Lakin heç bir qeyri-etik hərəkətə yol vermədim. Rəqs edərkən iki nəfər tanımadığım şəxs məni foyeyə çağırdı. Foyedə onlar yumruq-təpiklə məni vurmağa başladılar”.

Zərərçəkmiş qeyd edib ki, hadisədən sonra bir müddət özündə olmadığı üçün daha sonra nə baş verdiyini xatırlamır: “Məni döyənlərdən şikayət etmişəm. Onlardan şikayətçiyəm”.

Bu işə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə Murad 300 manat miqdarında cərimə olunub.

Digər təqsirli bilinən Sənan barəsində də inzibati qaydada tədbir görüləcəyi gözlənilir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtın yetişdirdiyi məşhur simalar

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Bütün xəbərlər
31 oktyabr 2026, 18:00

Sumqayıtda noyabrın ilk günü 20 dərəcə isti olacaq

İdman
31 oktyabr 2026, 17:30

ABL-də "Sumqayıt" - "Sabah" matçı başqa arenada keçiriləcək

İdman
31 oktyabr 2026, 16:59

Sumqayıtda cüdo üzrə bölgə çempionatı keçirildi – NƏTİCƏLƏR

Bütün xəbərlər
31 oktyabr 2026, 16:21

Sumqayıtda təcili tibbi yardım şöbəsi qəsəbədən uzaq düşdü - ŞİKAYƏT

Bütün xəbərlər
31 oktyabr 2026, 15:40

Sumqayıtda ərazinin görünüşünü korlayan yarımçıq tikilidən şikayət

Bütün xəbərlər
31 oktyabr 2026, 15:06

MKA: "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Bütün xəbərlər
31 oktyabr 2026, 14:10

Sumqayıt məhkəməsinin fəaliyyəti Ali Məhkəmənin Plenumununda müzakirə olundu

Bütün xəbərlər
31 oktyabr 2026, 13:31

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
31 oktyabr 2026, 12:43

Sumqayıtda işləmiş kişi arvadını 16 bıçaq zərbəsi ilə yaraladı - SƏBƏB

Bütün xəbərlər
31 oktyabr 2026, 11:25

Sumqayıtın "Dəmir adam"ı rusiyalı rəqibinə qalib gəldi

Bütün xəbərlər
31 oktyabr 2026, 10:29

İki oğlu yadigar qalan sumqayıtlı şəhidin doğum günüdür

Bütün xəbərlər
31 oktyabr 2026, 09:05

Sumqayıtın geniş yolları: şəhərin nəbzini tutan dörd küçə

Bütün xəbərlər
31 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 35-ci günü: XRONİKA

Bütün xəbərlər
30 oktyabr 2026, 18:30

Sumqayıt məktəblisindən beynəlxalq uğur

Bütün xəbərlər
30 oktyabr 2026, 17:58

Sumqayıtda zəncivari qəza

Bütün xəbərlər
30 oktyabr 2026, 17:20

Novxanı yolunda işıq dirəklərinin adı var, özü yoxdur

Bütün xəbərlər
30 oktyabr 2026, 16:45

Sumqayıt havası çirklənən şəhərlər sırasında

Bütün xəbərlər
30 oktyabr 2026, 16:08

Sumqayıtda şənbə günü hava belə olacaq

Bütün xəbərlər
30 oktyabr 2026, 15:00

Sumqayıt yolunda təhlükəli çökmə

Bütün xəbərlər
30 oktyabr 2026, 14:20

Sumqayıtda tarixi abidəyə ekskursiya: Gənclər Corat hamamında

Bütün xəbərlər
30 oktyabr 2026, 13:40

Sumqayıtda daha bir ərazidə ağacları kəsib yerində köşk quraşdırdılar - AÇIQLAMA

Oxşar xəbərlər