Xarici şirkət "SOCAR-STP"-ni məhkəməyə verib. Sumqayıt24 bu haqda 19 dekabr tarixində Fed.az-a istinadən xəbər verir.
"CJ ICM FZCO" şirkətinin Azərbaycandakı filialının məhkəməyə müraciət etmə səbəbi müqavilələrdən əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr olub.
İşə Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim Aytən Əliyevanın sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, Sumqayıtda fəaliyyət göstərən şirkəti “Bakı Engineering Supplies LTD” MMC, “General Supply” QSC və “Qualitec” MMC də məhkəməyə vermişdi.