top
Xəstəliklər niyə cavanlaşır?-Pediatrdan ÖZƏL AÇIQLAMA
04 avqust 2025, 06:53
- ↺ +

Xəstəliklər niyə cavanlaşır?-Pediatrdan ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda avqustun 2-də 6 aylıq körpənin vəfat etməsi yenidən uşaq sağlamlığı ilə bağlı narahatlıqları gündəmə gətirib.

Körpəyə yuxarı tənəffüs yollarının kəskin infeksiyası, dəqiqləşdirilməmiş pnevmoniya, kəskin respirator çatışmazlıq, dəqiqləşdirilməmiş qaraciyər çatışmazlığı və maddələr mübadiləsinin dəqiqləşdirilməmiş pozuntusu diaqnozu təyin edilib.

Bəs niyə xəstəliklər getdikcə cavanlaşır? Uşaqlar arasında xəstəliklərin artım səbəbi nədir və bunun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Məsələ ilə bağlı Sumqayit24.az-a açıqlama verən pediatr Vaqif Qarayev bildirib ki, əvvəllər də uşaqlar arasında müxtəlif xəstəliklər müşahidə olunsa da, son illər bu hallar xeyli artıb. Onun sözlərinə görə, xüsusilə şəkər və zob kimi xəstəliklər azyaşlılarda daha tez-tez aşkarlanır.

“Şəkər xəstəliyinin uşaqlarda yayılmasının əsas səbəbləri qidalanma və həyat tərzidir. Təəssüf ki, bu gün valideynlər nə düzgün, nə də keyfiyyətli qidalanmaya diqqət yetirirlər”, – deyə pediatr qeyd edib.

Həkim keyfiyyətsiz qidalanmaya xüsusilə çipsi, qazlı və rəngli içkilər, həmçinin müxtəlif şirniyyat növlərini misal çəkib. Onun sözlərinə görə, bu cür məhsullar uşaqların sağlamlığına ciddi təsir göstərir.

Pediatr həmçinin fiziki hərəkətsizliyin də xəstəliklərin artmasına səbəb olduğunu vurğulayıb:

“Xüsusilə COVID-19 pandemiyasından sonra artıq çəki və oturaq həyat tərzi halları artıb. Uşaqlar az hərəkət edir, fiziki aktivlik minimum səviyyəyə enib”.

Vaqif Qarayev valideynlərin məsuliyyətinə də diqqət çəkib. O bildirib ki, bir çox hallarda uşaqlar uşaqlıq dövrünü yaşaya bilmirlər:

“İbtidai sinif şagirdləri dərsdən sonra müxtəlif kurslara göndərilirlər. Bəs bu uşaqlar nə vaxt uşaq kimi böyüyəcəklər? Uşaqlıq dövrü inkişaf üçün vacib mərhələdir və bu mərhələnin yaşanmaması gələcəkdə psixoloji və fiziki problemlərə səbəb ola bilər”.

Pediatr son illər autizm və hiperaktivlik kimi terminlərin cəmiyyətə tez-tez daxil olduğunu, lakin bu anlayışların çox zaman yanlış kontekstdə istifadə edildiyini də qeyd edib:

“Qeyri-adi davranışların hər biri autizm spektr pozuntusu deyil. Hiperaktivlik də hər zaman bir xəstəlik olaraq qiymətləndirilməməlidir. Uşaqlarda nitq pozuntuları müşahidə olunur və bəzən heç bir əsas olmadan onlara autizm diaqnozu qoyulur".

Ən ciddi problemlərdən biri isə telefonlardan həddindən artıq istifadədir. Vaqif Qarayev bildirib ki, bir çox valideyn uşaqları sakit saxlamaq üçün onlara telefon verir, lakin bu, ciddi fəsadlara yol açır:

“Uşaq saatlarla ekrana baxır, beyni yüklənir və sosial ünsiyyətdən uzaq qalır. Danışmır, ifadə qabiliyyəti zəifləyir. Bəzən valideynlər deyir ki, ‘uşaq hər şeyi başa düşür, amma danışmır’. Bunun əsas səbəbi telefondur. Oradakı aqressiv hərəkətlər uşaqların davranışlarına da təsir edir".

Sonda pediatr profilaktikanın vacibliyini vurğulayıb. O, ailəsində şəkər, zob kimi xəstəliklər olan valideynlərə uşaqlarını ildə ən azı bir dəfə müayinə etdirməyi tövsiyə edib:

“Düzgün qidalanma, aktiv həyat tərzi və təmiz hava – sağlamlığın əsas təməlidir", – deyə həkim fikrini tamamlayıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Sumqayıtda noyabrın ilk günü 20 dərəcə isti olacaq

İdman
Bu gün, 17:30

ABL-də "Sumqayıt" - "Sabah" matçı başqa arenada keçiriləcək

İdman
Bu gün, 16:59

Sumqayıtda cüdo üzrə bölgə çempionatı keçirildi – NƏTİCƏLƏR

Bütün xəbərlər
Bu gün, 16:21

Sumqayıtda təcili tibbi yardım şöbəsi qəsəbədən uzaq düşdü - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 15:40

Sumqayıtda ərazinin görünüşünü korlayan yarımçıq tikilidən şikayət

Bütün xəbərlər
Bu gün, 15:06

MKA: "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Bütün xəbərlər
Bu gün, 14:10

Sumqayıt məhkəməsinin fəaliyyəti Ali Məhkəmənin Plenumununda müzakirə olundu

Bütün xəbərlər
Bu gün, 13:31

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 12:43

Sumqayıtda işləmiş kişi arvadını 16 bıçaq zərbəsi ilə yaraladı - SƏBƏB

Bütün xəbərlər
Bu gün, 11:25

Sumqayıtın "Dəmir adam"ı rusiyalı rəqibinə qalib gəldi

Bütün xəbərlər
Bu gün, 10:29

İki oğlu yadigar qalan sumqayıtlı şəhidin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:05

Sumqayıtın geniş yolları: şəhərin nəbzini tutan dörd küçə

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 35-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıt məktəblisindən beynəlxalq uğur

Bütün xəbərlər
Dünən, 17:58

Sumqayıtda zəncivari qəza

Bütün xəbərlər
Dünən, 17:20

Novxanı yolunda işıq dirəklərinin adı var, özü yoxdur

Bütün xəbərlər
Dünən, 16:45

Sumqayıt havası çirklənən şəhərlər sırasında

Bütün xəbərlər
Dünən, 16:08

Sumqayıtda şənbə günü hava belə olacaq

Bütün xəbərlər
Dünən, 15:00

Sumqayıt yolunda təhlükəli çökmə

Bütün xəbərlər
Dünən, 14:20

Sumqayıtda tarixi abidəyə ekskursiya: Gənclər Corat hamamında

Bütün xəbərlər
Dünən, 13:40

Sumqayıtda daha bir ərazidə ağacları kəsib yerində köşk quraşdırdılar - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 13:00

SDU ilə Coğrafiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalandı

İdman
Dünən, 12:30

Sumayıtlı boksçu dünya üçüncüsü oldu

Bütün xəbərlər
Dünən, 11:45

Bakıətrafı ərazilərdə dəmiryol stansiyalarının sayı artırılır: Siyahıda Saray da var

Oxşar xəbərlər