1 saylı Sumqayıt şəhər xəstəxanasında maarifləndirici seminar keçirilib. Bu barədə 16 noyabr tarixində Sumqayıt Tibb Mərkəzinə istinadən xəbər veririk.
Görüşdə 1 saylı və 4 saylı xəstəxanaların tibbi heyətləri iştirak ediblər. Onlara “Əməliyyat otaqlarının dezinfeksiyasına dair standart əməliyyat proseduru”, “Tibbi alətlərin təmizliyi, dezinfeksiyası və sterilizasiyası” və ”Əl təmizliyi ilə bağlı gigiyenik qaydalar” mövzuları ilə bağlı məlumat verilib.
STM-in Keyfiyyətə Nəzarət Komitəsinin rəhbəri Dr. Dünya Hüseynova hər mövzuda geniş təqdimatla çıxış edib, verilən sualları cavablandırıb.