Sumqayıtda silah-sursat aşkar olunub.
Report.az-ın məlumatına görə, hadisə "Xəzər bağları" yaşayış massivi ərazisində qeydə alınıb.
Ərazidən 1 ədəd 7,62 kalibrli “AKS” markalı “Kalaşnikov” avtomatı və 16 kalibrli, “TOZ-63” markalı ov tüfəngi tapılıb.
Aşkar olunan silahlar aidiyyatı üzrə təhvil verilib.