top
Xəzərdə təhlükəli VİRUS ola bilər
29 may 2025, 23:10
- ↺ +

Xəzərdə təhlükəli VİRUS ola bilər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Suitilərin tələf olması dənizdə xəstəliklərin artmasına səbəb ola bilər.

Son günlərdə Xəzər dənizinin Pirşağı sahilində bir neçə ölü suiti cəsədi aşkarlanıb. Dəniz kənarında çimərliyə gələn sakinlər sahildə uzanan suitilərlə qarşılaşdıqlarını bildirirlər. Bənzər mənzərələrə Novxanı və Mərdəkan sahillərində də rast gəlinir.

Məsələ ilə bağlı danışan Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev bildirib ki, ölü suitilərin cəsədi Xəzərin suyunu çirkləndirmir:

“Dəniz öz xüsusiyyətinə görə özünü təmizləmə qabiliyyətinə malikdir. Bu səbəbdən çimərlik mövsümündən əvvəl sudakı çirklənmə ilə bağlı narahatlığa ciddi əsas yoxdur”.

Lakin o da etiraf edir ki, sahildə çürüməkdə olan və artıq tamamilə çürümüş suitilərin leşlərinə rast gəlmək mümkündür.

Mütəxəssislər xəbərdarlıq edir ki, Xəzərdə suitilərin tələf olmasına virus və bakterial infeksiyaların artması səbəb ola bilər. Dəniz heyvanları, xüsusilə də zəifləmiş immunitetə malik suitilər çirklənmə fonunda bu cür xəstəliklərə qarşı daha həssas olurlar.

Suitilərin bu şəkildə kütləvi tələf olması əhali arasında narahatlıq doğurub. İctimaiyyət arasında belə suallar dolaşır: bu virus təhlükəlidirmi? İnsanlara da keçə bilərmi? Hazırda laborator analizlər nəticəsində bu infeksiyaların insan sağlamlığına təsir edib-etmədiyi dəqiqləşdirilir.

Ekoloqlar hesab edirlər ki, Xəzərin mövcud ekoloji vəziyyəti suitilər üçün qənaətbəxş deyil. Onların sayının sürətlə azalması ciddi ekoloji narahatlıq doğurur və bu prosesi dayandırmaq üçün regional əməkdaşlıq və təxirəsalınmaz tədbirlər vacibdir.

Ekoloq alim, professor Telman Zeynalov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: 

“Bütün bunlar brakonyerlərin oyunlarıdır. Onlar torlarına düşən suitini öldürüb sahilə atırlar. Cavan suitilərin isə dərilərini soyub satırlar. Bu cür hadisələrin əksəriyyəti Dağıstan sahillərində baş verir. Xəzər dənizinin suyu elədir ki, xəstə insan ayağını ora salanda sağalır. Belə olan halda Xəzərdə hansı bakteriyadan söhbət gedə bilər? Əgər Xəzərdə bakteriya və virus olsaydı, balıqlar da tələf olardı. Suitilərin ölməsi və Xəzərdə virusların olması ilə bağlı çirkin oyunlar gedir. Onlar ictimaiyyət arasında belə məlumatlar yaymaqla diqqəti öz üzərlərindən atırlar. Xəzərdə hansısa bakteriya varsa, Ekologiya və Təbii  Sərvətlər Nazirliyi haraya baxır? Nazirlik, əlbəttə, reaksiya verməlidir. İnsanlar Xəzər dənizində çimir, hətta uşaqlar suyunu udur. Virus onları niyə öldürmür?”

Ekoloq Ənvər Əliyev isə açıqlamasında bildirib ki, Xəzərdə suitilərin kütləvi şəkildə ölümünə 2022-ci ildə də rast gəlinib:

“10 minə qədər suiti Dağıstan sahillərində ölü tapıldı. Analiz etdilər və bəlli oldu ki, suitilərin yediyi qidalar olduğu kimi mədələrində qalıb. Onlar imkan edib qidanı həzm edə bilməmişdilər. Əgər suda virus olsaydı, o, müəyyən hissədə dərhal 10 minə yaxın suitini öldürə bilməzdi. Virusdan ölüm tədricən baş verərdi və qəbul etdiyi qidanın müəyyən hissəsi həzm olunardı. Həmin dövrdə Xəzər dənizində zəlzələ olmuşdu və belə bir versiyalar irəli sürülmüşdü ki, silkələnmə nəticəsində yaranan kükürd və azot kimi qazlar heyvanları qəflətən zəhərləyir və dərhal məhv olurlar. Xəzərin Azərbaycan sahillərində kütləvi suiti ölümünə rast gəlinməyib. Əgər virusdan ölüm olsaydı, dağıstanlı alimlər bunu açıqlayardılar. Onlar ölümü qazlardan zəhərlənmə ilə əlaqələndirdilər. Adətən dənizdəki silkələnmələrdən sonra suiti meyitləri aşkarlanır”.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən qəzetə  verilən məlumata görə, çimərlik mövsümünün başlanması ərəfəsində ölkə üzrə çimərliklərin monitorinqinə artıq start verilib. Yoxlamalar başa çatdıqdan sonra nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Almaniya Ekoloji Tədqiqatlar İnstitutunun araşdırmasında qeyd olunur ki, Xəzər dənizi Avropa və Asiyanın sənaye regionları ilə sərhəddə yerləşdiyi üçün transsərhəd çirklənməyə məruz qalır:

“Suyun tərkibində nitrat, fosfat, ağır metallar və mikroplastiklərin miqdarı yüksəkdir. Bu çirklənmə nəinki dəniz canlıları üçün, həm də sahilboyu ölkələrin insan sağlamlığı üçün təhlükəlidir”.

Xəzər dənizinin suyu səthdə bir qədər təmiz görünsə də, dərinliklərdə və sahil zolaqlarında vəziyyət narahatedicidir. Bu dənizdə çimmək və ya balıq tutmaq istəyən insanlar yalnız rəsmi çimərliklərə və yoxlanılmış ərazilərə üz tutmalıdırlar. Eyni zamanda hökumətlərarası əməkdaşlıq çərçivəsində çirklənməyə qarşı sərt tədbirlərin görülməsi vacibdir.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:50

Sumqayıtda qəza - maşınlar toqquşdu

Bütün xəbərlər
Bu gün, 10:20

Novxanı yolunda ağır qəza - 5 nəfər yaralandı

İdman
Bu gün, 09:41

"Sumqayıt" azarkeşlərinin nəzərinə: bu gün oyun var

İdman
Bu gün, 09:11

Ceyranbatan məktəblisi beynəlxalq yarışın BİRİNCİSİ OLDU

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtın yetişdirdiyi məşhur simalar

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Bütün xəbərlər
31 oktyabr 2026, 18:00

Sumqayıtda noyabrın ilk günü 20 dərəcə isti olacaq

İdman
31 oktyabr 2026, 17:30

ABL-də "Sumqayıt" - "Sabah" matçı başqa arenada keçiriləcək

İdman
31 oktyabr 2026, 16:59

Sumqayıtda cüdo üzrə bölgə çempionatı keçirildi – NƏTİCƏLƏR

Bütün xəbərlər
31 oktyabr 2026, 16:21

Sumqayıtda təcili tibbi yardım şöbəsi qəsəbədən uzaq düşdü - ŞİKAYƏT

Bütün xəbərlər
31 oktyabr 2026, 15:40

Sumqayıtda ərazinin görünüşünü korlayan yarımçıq tikilidən şikayət

Bütün xəbərlər
31 oktyabr 2026, 15:06

MKA: "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Bütün xəbərlər
31 oktyabr 2026, 14:10

Sumqayıt məhkəməsinin fəaliyyəti Ali Məhkəmənin Plenumununda müzakirə olundu

Bütün xəbərlər
31 oktyabr 2026, 13:31

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
31 oktyabr 2026, 12:43

Sumqayıtda işləmiş kişi arvadını 16 bıçaq zərbəsi ilə yaraladı - SƏBƏB

Bütün xəbərlər
31 oktyabr 2026, 11:25

Sumqayıtın "Dəmir adam"ı rusiyalı rəqibinə qalib gəldi

Bütün xəbərlər
31 oktyabr 2026, 10:29

İki oğlu yadigar qalan sumqayıtlı şəhidin doğum günüdür

Bütün xəbərlər
31 oktyabr 2026, 09:05

Sumqayıtın geniş yolları: şəhərin nəbzini tutan dörd küçə

Bütün xəbərlər
31 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 35-ci günü: XRONİKA

Bütün xəbərlər
30 oktyabr 2026, 18:30

Sumqayıt məktəblisindən beynəlxalq uğur

Bütün xəbərlər
30 oktyabr 2026, 17:58

Sumqayıtda zəncivari qəza

Bütün xəbərlər
30 oktyabr 2026, 17:20

Novxanı yolunda işıq dirəklərinin adı var, özü yoxdur

Bütün xəbərlər
30 oktyabr 2026, 16:45

Sumqayıt havası çirklənən şəhərlər sırasında

Oxşar xəbərlər