Xəzər dənizində 3,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Sumqayit24.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar Bakı vaxtı ilə saat 07.28-də baş verib. Zəlzələ ocağı 30 kilometr dərinlikdə yerləşib.