Sumqayıtda “Xəzəri Qoruyaq!” ekoloji aksiyası baş tutacaq. Bu haqda 9 sentyabr tarixində Sumqayıt24 məlumat verir.
Beynəlxalq Sahilyanı Təmizlik Günü kampaniyası çərçivəsində təşkil olunan aksiya sentyabrın 11-i keçiriləcək.
Qeyd edək ki, Azərbaycan artıq 13-cü ildir bu kampaniyaya qoşulur. Əvvəlki illərdə Xəzər dənizinin çimərliklərinin ümumilikdə 55 hektardan çox ərazisi təxminən 45 ton məişət tullantısından təmizlənib.