Xəzər dənizinin Sumqayıt sahilində iməcilik keçirilib.
Sumqayıt24 xəbər verir ki, təmizlik aksiyası “Təmiz ölkəm” devizi altında təşkil olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yerli qurumunun, Sumqayıt Dövlət Texniki Kollecinin, icra hakimiyyəti orqanının, bələdiyyə nümayəndələrinin və yerli sakinlərin iştirakı ilə ərazi tullantıdan təmizlənib.