Sumqayıtın quruculuğunda, inkişafında və ictimai-siyasi həyatında xüsusi xidmətləri olan Şahin Məmmədovun doğum günüdür. Bu barədə 25 noyabr tarixində Sumqayıt24 xəbər verir.
"Qartal" tikinti firmasının direktoru, Sahibkarlar Konfederasiyasının Sumqayıt şəhər şöbəsinin sədri, Ağsaqqallar şurasının idarə heyətinin üzvü, Prezidentin fəxri diplomçusu Şahin Məmmədovun 64 yaşı tamam olur.
O, tələbələrə göstərdiyi maddi dəstək, işə ehtiyacı olan kəslərə etdiyi köməklik və digər xeyirxah əməlləri ilə seçilir.
Qeyd edək ki, Şahid Məmmədov deputat Müşfiq Məmmədovun dayısıdır.