“SOCAR Polymer”in baş direktoru Fuad Əhmədova “Təşəkkürnamə” təqdim edilib. Bu barədə 15 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Baş direktor hər il Sumqayıt şəhərindən olan aztəminatlı ailələrə, kimsəsiz uşaqlara və tənha qocalara dəstək məqsədilə təşkil olunan xeyriyyə aksiyalarında fəal iştirak edib.
Məhz buna görə o, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova tərəfindən təltif olunub.