Sumqayıtda uşaqlar üçün master-klaslar təşkil olunacaq. Bu haqda 2 mart tarixində “Kaspi” Təhsil Şirkəti məlumat verir.
Xeyriyyə Festivalı çərçivəsində feysart, şokolad hazırlanması, ebru sənəti, akvarium boyama, kətan üzərində boyama, stem robotika üzrə ustad dərsləri keçiriləcək. Əyləncəli tədbir 4 mart saat 11:00-dan 16:00-a kimi “Kaspi” uşaq bağçasında baş tutacaq.
Ünvan: 6-cı mikrorayon, H. Salayev, 31A.
Əlaqə: *7878, (9055) 515 78 78.