top
Xəzərdə niyə bu qədər insan boğulur? - SƏBƏBLƏR
16 iyul 2026, 10:20
- ↺ +

Xəzərdə niyə bu qədər insan boğulur? - SƏBƏBLƏR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yay mövsümünün başlaması ilə dənizdə boğulma hallarının sayı da artıb. Bəzi mütəxəssislər bunu əlverişsiz hava şəraiti və insanların qadağan olunmuş ərazilərdə çimməsi ilə əlaqələndirirlər. Digər ekspertlər isə hesab edirlər ki, əsas səbəb dənizdən qumun daşınmasıdır. Onların sözlərinə görə, qumun çıxarılması nəticəsində dənizin dibində dərin çalalar yaranır və bu da boğulma riskini artırır.

 

Bəs doğrudanmı dənizdə boğulma hallarının əsas səbəbi qumun daşınmasıdır?

 

Ekoloq, bioloji müxtəliflik üzrə ekspert Arzu Mustafayev bildirib ki, ən əsas səbəb insanların məsuliyyətsizliyidir:

 

"Bəli, nəzarətsiz qum daşımaları geniş vüsət alıb və təəssüf ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bunun qarşısını almaqda ya passivdir, ya da bacarmır. Lakin birbaşa dənizdən qum daşınması həm olduqca çətin və ağır prosesdir, həm də dənizdən çıxarılan qum sulu olduğuna görə onun tikinti materialı kimi istifadəsi demək olar ki, mümkün deyil. Buna görə də dənizdən qum daşınması ilə bağlı deyilənləri müəyyən qədər uydurma hesab etmək olar. Nəzərə almaq lazımdır ki, hətta sahildən qum daşınsa belə, dəniz buna görə geri çəkilmir. Çünki qum daşınan ərazilər əsasən sahil zonasında yerləşir".

 

A.Mustafayevin sözlərinə görə, dənizdə baş verən bədbəxt hadisələrin əsas səbəblərindən biri temperatur fərqidir:

 

"Son dövrlərdə havanın temperaturu qısa müddət ərzində kəskin şəkildə yüksəlməyə başlayıb. Bildiyimiz kimi, suyun istilik tutumu qurudan daha yüksəkdir. Buna görə də quru ilə dəniz suyu arasında, eləcə də suyun üst və alt qatları arasında ciddi temperatur fərqi yaranır. İsti havadan birdən-birə soyuq suya daxil olmaq bir çox insanda əzələ problemlərinə və qıcolmalara səbəb ola bilər. Digər səbəblərdən biri insanların çimməyin qadağan olunduğu ərazilərdə dənizə girməyə cəhd etməsidir. Bundan əlavə, bəzi məsuliyyətsiz şəxslərin spirtli içki qəbul etdikdən sonra dənizə girməsi də faciəvi hadisələrə yol aça bilər. Ən ciddi səbəblərdən biri isə xüsusilə üzməyi bilməyən insanların öz fiziki imkanlarını düzgün qiymətləndirmədən dənizin təhlükəli hissələrində çimməyə cəhd etməsidir".

 

Mənbə: Globalinfo.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:30

Sumqayıtın su təchizatına cavabdeh QSC-nin icraçı direktoru kollektivə təqdim edildi

Bütün xəbərlər
Bu gün, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
Bu gün, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Bütün xəbərlər
Bu gün, 16:05

Sumqayıt teatrında "Sürgün sevgi" tamaşasının premyerası keçirildi

Bütün xəbərlər
Bu gün, 15:40

Sumqayıtda narkotik dövriyyəsinə qarşı əməliyyat

Bütün xəbərlər
Bu gün, 14:57

Sumqayıtda yolun müəyyən hissəsinin zəbt edilməsinə etiraz

Bütün xəbərlər
Bu gün, 14:20

SDU tələbələrinin süni intellekt layihəsi 60 komanda arasında SEÇİLDİ

Bütün xəbərlər
Bu gün, 13:40

Uşaqlıq arzusunu gerçəkləşdirdi - Sumqayıtdan Gəncəyə piyada getdi

Bütün xəbərlər
Bu gün, 13:00

Sumqayıtda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi

İdman
Bu gün, 12:30

"Sumqayıt" bu gün "Zirə" ilə qarşılaşacaq

Bütün xəbərlər
Bu gün, 12:00

Sumqayıt hansı hava ilə nəfəs alır? Son aylarda şəhərin ekoloji vəziyyəti ilə bağlı nələr məlum olub? - ARAŞDIRMA

Bütün xəbərlər
Bu gün, 11:13

Sumqayıtda yolların təmirinə 2,4 milyon manat ayrılıb

Bütün xəbərlər
Bu gün, 10:00

Coratda avtobus dayanacağı ilə bağlı şikayət nəticə verdi

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıtda fəhlə vakansiyası elan edildi - ŞƏRTLƏR

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən Müharibəsinin 27-ci günü baş verənlər - XRONİKA

Bütün xəbərlər
Dünən, 17:57

Sumqayıtlı model: "TikTok"a görə 1000 manat vergi borcu yazıblar"

İdman
Dünən, 17:20

Ağır qəzaya düşən sumqayıtlı cüdoçu idmana nə vaxt qayıdacaq?

Bütün xəbərlər
Dünən, 16:47

Sumqayıtda zibil qutularının dolub-daşdığı ərazi təmizləndi

Bütün xəbərlər
Dünən, 16:37

Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanıldı

Kriminal
Dünən, 16:23

Sumqayıtda çay evində BIÇAQLANMA - 64 yaşlı kişi tutuldu

Bütün xəbərlər
Dünən, 16:17

Sumqayıt məhkəməsində anasını öldürən şəxsə hökm oxundu

Bütün xəbərlər
Dünən, 15:46

Bakı, Sumqayıt və daha 4 şəhərin su təchizatına o rəhbərlik edəcək

Bütün xəbərlər
Dünən, 15:45

Rafael Ağayevin "qayıdışı" təxirə salınıb…

İdman
Dünən, 15:10

Sumqayıt idmançısının beynəlxalq uğuru diqqət mərkəzində

Oxşar xəbərlər