Sumqayıtda azyaşlılar köməksiz vəziyyətdə qalıblar. Sumqayıt24 bu haqda 14 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Qurumun "112" qaynar xəttinə 2 nəfər azyaşlının mənzildə bağlı qapı arxasında qalması ilə bağlı müraciət daxil olub. Çağırış ünvanına cəlb olunan xilasetmə qüvvələri giriş qapısını açıb və uşaqları xilas ediblər.