Sumqayıtda xilasedicilər azyaşlıların köməyinə çatıblar. Sumqayıt24 bu barədə 20 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Nazirliyin "112" qaynar xəttinə daxil olan məlumata əsasən, 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına dərhal xilasetmə qüvvələri cəlb olunub. Nəticədə giriş qapısı açılıb və nəzarətsiz qalmış uşaqlar xilas edilib.