Sumqayıtda əlilliyi olan şəxslərin əl işlərindən ibarət “Xocalı Günü” adlı sərgi təşkil olunacaq. Bu haqda “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İB məlumat yayıb.
Layihə rəhbəri Səbinə Kərimovanın sözlərinə görə, sərgi 5 may tarixində şəhərimizdə yerləşən Poeziya evində təşkil olunacaq.
Qeyd olunub ki, ümumilikdə 4 aylıq layihə müddətində iki tədbir, bir ziyarət və bir sərgi təşkil olunub.