Sumqayıt Dövlət Universitetinin akt zalının foyesində tələbələrin Xocalı soyqırımına həsr olunmuş əl işləri və rəsm əsərlərindən ibarət sərgi təşkil olunub. Bu haqda universitetin rəsmi saytına istinadən xəbər veririk.
Burada yerli tələbələrin əsərlərindən əlavə, əcnəbi tələbələrin də işləri nümayiş olunub. Rəsmlərdə həmin gecənin dəhşətli anları təsvir olunub.
Çıxış edən rektor, professor Elxan Hüseynov, sərginin Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, gənc nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq və istedadlı tələbələri aşkara çıxarmaq məqsədilə keçirildiyini söylədi.