top
Xüsusi icra məmuru olmaq istəyən SUMQAYITLILARIN nəzərinə
31 mart 2026, 15:04
- +

Xüsusi icra məmuru olmaq istəyən SUMQAYITLILARIN nəzərinə

Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyası xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün müsabiqə elan edir.

Sumqayit24.az xəbər verir ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində fəaliyyət göstərəcək xüsusi icra məmurları vəzifələri üzrə müsabiqədə iştirak üçün ərizələrin qəbulu 2026-cı il aprel ayının 1-dən may ayının 1-i saat 23:59-dək aparılacaq.

Müsabiqədə "Xüsusi icra məmurları haqqında" Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən ali təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Namizədlər müsabiqədə iştirak üçün Ədliyyə Nazirliyinin rəsmi veb-saytında "Qulluğa qəbul" bölməsində "Xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün müsabiqə" hissəsinə daxil olaraq "Müraciət et" vasitəsilə elektron qaydada, yaxud müvafiq müraciət formasını yükləyərək kağız daşıyıcıda müraciət edə bilərlər. Kağız daşıyıcıda müraciətlər Nazirliyin Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında yerləşən inzibati binasında iş günləri və iş vaxtı ərzində qəbul ediləcək.

Qeyd edək ki, müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.

Test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən ödənişli əsaslarla keçirilir. Bununla əlaqədar hər bir namizəd ərizələrin qəbulu müddəti bitdikdən və imtahana buraxılış vərəqəsinin verilməsi barədə elandan sonra mərkəzin rəsmi saytında qeydiyyatdan keçməklə və müvafiq vəsaiti ödəməklə buraxılış vərəqəsini əldə etməlidir.

İmtahanın vaxtı və yeri, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması barədə namizədlərə öncədən məlumat veriləcək.

Müsabiqənin test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçən və müsahibədə iştirak etmək istəyən şəxslər "Xüsusi icra məmuru vəzifəsi üçün müsabiqənin elan edilməsi, müraciətlərin qəbulu və onlara baxılma Qaydası"nın 2.3-cü bəndində nəzərdə tutulmuş sənədləri Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasına təqdim etməlidirlər.

Müsabiqə və onun keçirilməsi ilə bağlı məlumatları özündə əks etdirən "Yaddaş kitabçası"nı, eləcə də xüsusi icra məmuru peşəsinin mahiyyəti və səlahiyyətlərinə dair informasiyanı linkə keçid edərək "Xüsusi icra məmurları" bölməsindən əldə etmək mümkündür.

Əlavə məlumat üçün (012) 538-01-62, (012) 404-71-71 (daxili:10409) nömrəli telefonlarla əlaqə saxlamaq olar.

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 19:06

Sumqayıtın iki küçəsində yaşıllıqlar məhv edilib

Bütün xəbərlər
Dünən, 18:45

"Cəmi 20 metr yerə asfalt vurulub" - sumqayıtlılardan etiraz

Bütün xəbərlər
Dünən, 18:15

Sumqayıtdan Bakıya gələnlərin nəzərinə - M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

Bütün xəbərlər
Dünən, 17:52

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" olacaq

Bütün xəbərlər
Dünən, 17:46

Bakı-Sumqayıt avtobuslarının hərəkət sxemi DƏYİŞDİRİLİR

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıtdan Bakıya gedənlər, diqqətli olsun - BU YOL BAĞLANIR

Bütün xəbərlər
Dünən, 17:15

Sumqayıtda 80 minlik dələduzluq

Bütün xəbərlər
Dünən, 16:45

Günəşdə kosmosa atılan plazma Yer üçün təhlükəlidir?

Bütün xəbərlər
Dünən, 16:15

Azyaşlıların skuterlə törətdikləri qayda pozuntuları ilə bağlı MÜRACİƏT

Bütün xəbərlər
Dünən, 15:45

"Dayanacaq yox, elə bil zibilxanadır": Saray sakini

Bütün xəbərlər
Dünən, 15:15

Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başlayıb

Bütün xəbərlər
Dünən, 14:45

Sumqayıta bu tarixdə payız gələcək

Bütün xəbərlər
Dünən, 14:15

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 13:45

Saray marşrutudur, amma Saraya getmir - İDDİA - VİDEO

İdman
Dünən, 13:15

"Sumqayıt" almaniyalı ilə anlaşmaqdan İMTİNA ETDİ

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtdan Amerikaya uzanan 6 illik yol

Bütün xəbərlər
Dünən, 12:15

DİM-in imtahanlarında PISA tipli tapşırıqlar tətbiq edilə bilər

Bütün xəbərlər
Dünən, 11:45

Sarayda canavar həyəcanı - Bələdiyyədən AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 11:15

8 ayda 57 minə yaxın şəxs uşağın anadan olmasına görə müavinət alıb

Bütün xəbərlər
Dünən, 10:45

Sumqayıtda gimnaziyanın rəhbəri TƏLTİF OLUNUB

Bütün xəbərlər
Dünən, 10:15

Çerkassı küçəsində asfaltlanma işləri davam etdirilir

İdman
Dünən, 09:52

"Sumqayıt"da iki futbolçu ətrafında MÜƏMMA YARANDI

Bütün xəbərlər
Dünən, 09:15

"Hər an kiminsə başına düşə bilər": Sumqayıtda binanın fasadında təhlükə

Bütün xəbərlər
03 sentyabr 2026, 18:30

Sumqayıtın bu küçəsi "gün üzünə çıxdı"

Oxşar xəbərlər