Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Xüsusi rəsm" dərnəyinin rəhbəri Kəmalə Əlizadə mükafatlandırılıb. Bu haqda 13 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Kəmalə Əlizadə gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva tərəfindən Fəxri Fərmanla təltif olunub.