Heydər Əliyev Mərkəzində "XX əsrin faciəsi” adlı tədbir keçirilib. Sumqayıt24 bu haqda 25 fevral tarixində xəbər verir.
Xocalı faciəsinə həsr olunan ədəbi-bədii kompozisiyada Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Təhsil Mərkəzinin tələbələri iştirak ediblər.
Aparıcı - mərkəzin tələbəsi Vüsalə Feyziyeva soyqırım haqqında iştirakçılara məlumat verib. Sonra şeirlər və tələbə Əlibala Həşimovun ifasında “Talandı torpağımız” adlı mahnı dinlənilib.
Sonda iştirakçıların hazırladığı Xocalı soyqırımı, 44 günlük Vətən müharibəsi və qələbəmizə həsr olunan fləşmob təqdim olunub.