“Yadındamı” verilişinin növbəti bölümü Sumqayıta həsr olunub. Bu barədə 23 noyabr tarixində Sumqayıt24 xəbə verir.
ATV-nin efirində yayımlanan proqramda şəhərimizin yaranma tarixindən, 73 il ərzində keçdiyi gözəçarpan inkişaf yolundan bəhs edilib. İzləyicilər Sumqayıtın məşhur “Yuxu” adlı rok qrupu, burada fəaliyyət göstərən Tarixi muzey, Mərkəzi kitabxana, Mədəniyyət mərkəzləri ilə tanış olublar.