Sumqayıtda “Yüksək saylı çağırışla yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlimi keçirilib. Sumqayıt24 bu haqda bu gün, 23 aprel tarixində Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir.
Təlim Yanğından Mühafizə İdarəsi tərəfindən “Dünya Müstəqil Televiziya və Radio Şirkəti Redaksiyası”nın inzibati binasında təşkil edilib. Məqsəd isə şəxsi heyətin praktiki vərdişlərinin və peşə bacarıqlarının daha da təkmilləşdirilməsi olub.
Təlim zamanı yanğınsöndürmə qüvvələri tərəfindən baş vermiş “şərti yanğın” qısa müddətdə “söndürülüb”. Həmçinin, televiziya binasının 1-ci və 2-ci mərtəbələrində “köməksiz vəziyyətdə qalan zərərçəkmişlər” təxliyə olunaraq, onlara “ilkin tibbi yardım göstərilib”.