“Yeni Azərbaycan” partiyasının (YAP) Sumqayıt şəhər təşkilatına yeni təyinat olub. Bu haqda Report-a istinadən xəbər veririk.
Bu barədə qərar, Partiyanın İdarə Heyətinin iclasında verilib. Belə ki, YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun sədrliyi ilə keçirilən toplantıda Sumqayıt şəhər təşkilatına Ramiz Hüseynov sədr təyin olunub.
İclas zamanı YAP-ın ölkə üzrə daha 64 rayon və şəhər təşkilatına yeni sədrlər təyin olunub.