Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Sumqayıt Dövlət Universitetinin ərazisində görüş keçirilib. Sumqayıt24 bu haqda 1 dekabr tarixində xəbər verir.
YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov və deputat Emin Hacıyev universitetin professor-müəllim və tələbə heyətini dinləyib, onları maraqlandıran məsələləri müzakirə ediblər.
Müraciətlər, əsasən, təhsil, ikili diplom proqramları, kadr potensialının inkişafı və Sumqayıtın bəzi iqtisadi-sosial məsələləri ilə bağlı olub.