Sumqayıtda Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının hazırladığı və İdarə Heyətinin təsdiq etdiyi Tədbirlər Planı çərçivəsində konfrans keçirilib. Bu haqda Sumqayıt24 xəbər verir.
Tədbir Heydər Əliyev Mərkəzində baş tutub. İştirakçılara ulu öndər Heydər Əliyevlə bağlı videoçarx nümayiş olunub. Çıxış edənlər onun həyat və fəaliyyətindən danışıblar.
Sonda YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri verilib. Bir qrup partiya fəalı fəxri fərmanlarla təltif edilib. [modula id="32101"]