top
Yaşadığı yerdən uzaqda işləyənlərə yardım veriləcək
09 mart 2025, 23:17
- ↺ +

Yaşadığı yerdən uzaqda işləyənlərə yardım veriləcək

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Nazirlər Kabineti "Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi" Qaydasını təsdiq edib.

Yeni sənəd rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi qaydasını və şərtlərini müəyyən edir.

Sumqayit24.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial şəbəkə hesabında fikirlərini bölüşüb.

O bildirib ki, sənədə əsasən, rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına 250 manat məbləğində aylıq pul kompensasiyası ödənilir:

"Qaydaya əsasən, rotasiya olunanla birgə yaşayan hər bir ailə üzvü üçün bu 125 manat ödəniləcək. Əmək Məcəlləsinə əsasən, işğaldan azad edilmiş ərazilərində qulluq keçmək üçün rotasiya olunanlara ödənilən kompensasiyalara 1,5 əmsal tətbiq edilir, yəni, aylıq 375 manat ödənilir.

Rotasiya olunanlara minimum aylıq əməkhaqqının 3 misli məbləğində, yəni 1200 manat birdəfəlik ödənişin verilməsi də nəzərdə tutulur. Bu vəsait köç və digər zəruri xərclərin ödənilməsi məqsədilə verilir.

Yeni qaydanı keyslər üzərindən izah edək: Birinci halda, Sumqayıt şəhərində qeydiyyatda olan dövlət qulluqçusu rotasiya qaydasında Bərdə rayonunda işini davam etdirir və onun ailəsinin 4 üzvü var. Bu zaman həmin şəxsə 1200 manat birdəfəlik ödəniş və 625 manat (250 manat + 125 manat X 3) aylıq kompensasiya ödənilir. Bu kompensasiya maaşdan əlavə ödənilən vəsaitdir".

"İkinci halda, Sumqayıt şəhərində qeydiyyatda olan dövlət qulluqçusu rotasiya qaydasında Füzuli şəhərində, yəni işğaldan azad olunan ərazimizdə işini davam etdirir. Bu halda həmin şəxsə 1200 manat birdəfəlik ödəniş və 937.5 manat (250 manat + 125 manat X 3 X 1.5) aylıq kompensasiya ödənilir. Bu kompensasiya da maaşdan əlavə ödənilən puldur.

Kompensasiyaların verilməsində əsas məqsəd dövlət qulluqçularının və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, rotasiya prosesinə marağın artırılması və dövlət qulluqçularının yaşadığı inzibati ərazi vahidindən kənarda qulluq keçməyə həvəsləndirilməsidir", - deyə V. Bayramov əlavə edib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 39-cu günü: XRONİKA

İdman
Dünən, 18:51

Sumqayıtlı karateçi Avropa çempionu oldu

Bütün xəbərlər
Dünən, 18:35

STM-in direktor əvəzi: "Xilas etdiyimi əsgərin şəhid olması xəbərini eşitmək çox ağırdır"

Bütün xəbərlər
Dünən, 18:20

Sumqayıt məktəblilərindən olimpiadada yüksək nəticə

Bütün xəbərlər
Dünən, 17:58

Novxanılı milyonçu kabinetə müğənni çağırdı, oriental rəqs tələb etdi - TƏFƏRRÜAT

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtın sərnişin avtobusunda tüstülənmə - İDDİA

Bütün xəbərlər
Dünən, 17:39

Sumqayıtdakı kanalizasiya problemi ilə bağlı açıqlama

Bütün xəbərlər
Dünən, 17:20

Sumqayıtda yeni uşaq bağçası açılır – qəbul başladı

Bütün xəbərlər
Dünən, 16:56

Sumqayıtda daşan su kanalında problem həll edildi

Bütün xəbərlər
Dünən, 16:51

Rüfət Nasosnu "od püskürdü": "Bu özbaşınalığa son qoyulsun"

İdman
Dünən, 16:15

Sumqayıtdan Avropa zirvəsinə yüksələn pəhləvan – Murad Məmmədov

Bütün xəbərlər
Dünən, 15:40

Telefonlar da POS-terminal statusu alacaq

Bütün xəbərlər
Dünən, 15:05

Sumqayıtda sabah 23 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 14:24

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Bütün xəbərlər
Dünən, 14:11

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Bütün xəbərlər
Dünən, 14:00

Novxanıdakı "MİLYONLUQ SARAY"ın sahibi həbs edildi

İdman
Dünən, 12:55

"Sumqayıt" – "Şəfa" matçını bu qədər azarkeş izləyib

Bütün xəbərlər
Dünən, 12:28

Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıtlı şəhid anası vəfat etdi

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıt Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi

Bütün xəbərlər
Dünən, 11:15

Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə d*ydü

Bütün xəbərlər
Dünən, 10:50

24 yaşlı Sumqayıt sakini qəzada həlak oldu

Bütün xəbərlər
Dünən, 10:20

Sumqayıtda "Mənim hüququm nədir?" mövzusunda inşa müsabiqəsi təşkil olunur

Bütün xəbərlər
Dünən, 09:45

Toz, çirk və mazut qoxusu – Sumqayıt avtobuslarından ŞİKAYƏT

Oxşar xəbərlər