Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın qeydə alınıb. Bu barədə 8 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat veririk.
Hadisə binanın 3-cü mərtəbəsinin pilləkən qəfəsində baş verib. Burada quraşdırılan elektrik lövhəsində 7 ədəd sayğac və 6 p.m kabel yanıb. Ətraf ərazi yanğından mühafizə olunub. Alov FHN-in bölmələri tərəfindən söndürülüb.