Sumqayıt şəhərində yaşayış binasında partlayış baş verib, 1 nəfər xəsarət alıb. Bu haqda bu gün, 31 may tarixində FHN-ə istinadən xəbər veririk.
Məlumata əsasən, hadisə birmərtəbəli binada baş verib. Partlayış nəticəsində 40 kv. m sahəsi olan evin içərisində yerləşən əşyalar (divan, kreslo, beşik, kondisioner və su qızdırıcısı) yanıb, evin pəncərə çərçivələri yerindən çıxıb, tavanında isə çatlar yaranıb.
Zərərçəkmiş yanıq xəsarəti alıb.