Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu haqda 29 dekabr tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Yanğın 5-ci mərtəbənin pilləkən qəfəsində qeydə alınıb. Elektrik lövhəsində 8 ədəd elektrik sayğacı, 1 ədəd qoruyucu açar və 3 p.m giriş-çıxış kabeli yanıb.
Hadisə zamanı 2 nəfər tüstüdən zəhərlənib. Əraziyə cəlb edilən FHN-in işçiləri tərəfindən alov söndürülüb.