Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın qeydə alınıb. Bu haqda 21 noyabr tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Tikilinin 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd sayğac, 3 p.m elektrik kabeli və 1 ədəd su sayğacı yanıb. Yaxınlıqdakı mənzillər alovdan mühafizə olunub. Yanğın söndürülüb.