Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər veririk.
Hadisə binanın sonuncu mərtəbəsində, 55 kv.metr sahəsi olan mənzilin eyvanında qeydə alınıb. Nəticədə burada olan mətbəx mebeli 0,5 p.m, 1 ədəd elektrik sobası, taxtadan ibarət pəncərə çərçivəsinin üzlüyü və qismən 1 ədəd paltaryuyan maşın yanıb.
Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb. Mənzil yanğından qorunub.