Sumqayıtda yaşayış binasının 10-cu mərtəbəsində yanğın olub. Sumqayıt24 bu haqda 20 iyun tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə ümumi sahəsi 52 kv.m olan mənzilin eyvanında qeydə alınıb. Nəticədə 1 ədəd paltaryuyan maşın və kondisioner qismən yanıb. Alov FHN əməkdaşları tərəfindən söndürülüb. Mənzilin digər hissələri mühafizə olunub.